Rəşad Əzizov: Roboday ölkədə bu sahə üzrə yeni nəslin formalaşmasına yönəlib
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən “Roboday” festivalında robototexnika üzrə tədris aparan şirkətlər iştirak edirlər. Bildiyiniz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında fəaliyyət göstərən İnnovasiyalar Agentliyi əsasnaməsinə uyğun olaraq, Azərbaycanda robototexnika üzrə layihələri dəstəkləyir".
TED.az xəbər verir ki, bunu NRYTN-nin şöbə müdiri Rəşad Əzizov deyib.
Rəşad Əzizov bildirib ki, bu gün keçirilən "Roboday" festivalı ölkədə sözügedən sahədə yeni nəslin formalaşmasına yönəlib: "Hazırda ölkədə bir sıra dövlət qurumları robototexnikanın inkişafı ilə məşğuldur. Bu qurumlar sırasında NRYTN, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və s. bu istiqamətdə tədris işləri aparır. Eyni zamanda, Azərbaycan sənayesinin bütün sahələrində artıq robototexnika üzrə layihələr həyata keçirilir. İnnovativ yanaşma layihələrin effektivliyinin artırılmasına yönəlib. Qeyd edim ki, robototexnikanın inkişafı birbaşa kadrların yetişdirilməsi ilə bağlıdır. Bu kadr yetişdirmə siyasəti mütləq şəkildə təchizat işlərini nəzərdə tutur".
Şöbə müdiri qeyd edib ki, bugünkü tədbirdə layihələr bu istiqamətə yönlənib: "Tədbir zamanı robototexnika üzrə müsabiqələr, robosport, dron olimpiadası keçirilir. Bu müsabiqələr çərçivəsində ən fəal, istedadlı uşaqları gündəmə gətirir".
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, AREA ilə birgə gələn ay dünya robot olimpiadasında iştirak edəcəyik. Bu gün sözügedən müsabiqədə ölkəmizi təmsil edəcək komanda üzvləri də "Roboday" festivalında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir".
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















