AZ

Alimlərdən maraqlı açıqlama: NASA-nın kosmik sterillik anlayışını dəyişmək lazımdır

1f2c829e5ebb64e00bb6e43d9d6fdca1.jpg
21.10.2019 10:45

Mikrobların digər planetlərə potensial yayılmasını tənzimləyən Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) qaydaları köhnəlib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NASA-nın müstəqil məsləhətçi qrupunun yaydığı hesabatda deyilir.

 

“Kosmosu Yerin bakteriyalarından qorumaq anlayışı vacib olaraq qalır. Bununla birlikdə, onun həyata keçirilməsinin bir çox üsulu 30 il əvvəl ortaya çıxıb və müasir elmi biliklər nəzərə alınmaqla, heç bir məna daşımır”, – deyə Cənub-Qərb Tədqiqat İnstitutunun alimi Alan Stern vurğulayıb.

 

Kosmik sterilliyə dair narahatlıq NASA-nı kosmosda mikrobların yaranmasının qarşısını almaq üçün daha çox səy göstərməyə məcbur edir. Buna görə robotlar steril otaqlarda yığılır, onların bir çox hissəsi sobalarda yandırılır və ya kimyəvi maddələrə batırılır. Ancaq bu qoruyucu tədbirlər bahadır və bəzi elm adamlarının fikrincə, çox vaxt lazımsızdır.

 

Tədqiqatçılar planetlərarası bakteriya çirklənməsinin qaçılmaz olacağına inanırlar. Buna görə, kosmik obyektlərin sterilliyi barədə düşünməməyi, əksinə kosmosda insan ehtiyaclarına uyğunlaşmaq üçün planetimizdən kosmik mikroorqanizmləri yaymağı təklif edirlər.

 

“Bildiyimiz formada həyat faydalı mikroorqanizmlər olmadan mövcud ola bilməz. Onlar Yer üzündə bir çox orqanizmin qarşılıqlı təsirini yaratmağa kömək edirlər. Steril planetlərdə yaşamaq üçün onları faydalı mikroblarla “yoluxdurmalı” olacağıq”, - alimlər belə hesab edirlər.

Elm bölməsindən digər xəbərlər

Daha çox