AZ

İran ilk təyyarəsinin uçuş sınaqlarını keçirir – VİDEO

bf5aaa9502ed0330eb9c10a486d15e87.jpg
21.10.2019 13:04

İran Aviasiya Sənayesi Təşkilatı (AIO) tərəfindən hazırlanan təlim təyyarəsi “Yasin” ilk uçuşunu gerçəkləşdirib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, test uçuşu uğurlu olub.

 

2010-cu ildə İran mühəndisləri tərəfindən istehsalına başlanan aviasiya vasitəsinin uzunluğu 12, eni 4, qanad hissəsi 10 m, ən yüksək uçuş çəkisi 5,5 tondur.

 

“Yasin”in 12 min metr hündürlükdə transonik sürətdə təlim uçuşları həyata keçirə biləcəyi, uçuş məsafəsinin isə 1,5 min km olacağı planlaşdırılır.

 

22 kilonyutona qədər dartı qüvvəsi olan təyyarənin digər texniki xüsusiyyətləri açıqlanmır.

 

Cavid QƏDİR

Dünya bölməsindən digər xəbərlər

Daha çox