AZ

NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxuyub

0048bdc8d8bcc6aefea0613921e82228.jpg
21.10.2019 14:00

ABŞ Dövlət Departamentinin “Natiqlər proqramı” layihəsi çərçivəsində NASA-nı təmsil edən Kornell Universitetinin planetar elmlər üzrə doktoru, Virciniya Universitetinin Astronomiya kafedrasının dosenti Ann Verbişer və ABŞ səfirliyinin Maarifləndirici Proqramlar üzrə Direktoru Aydan Əsgərova Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

TED.az  xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru, professor Havar Məmmədov bu günlərdə müstəqilliyinin bərpasının 28-ci ildönümünü qeyd edən Azərbaycanın gənc dövlət kimi əldə etdiyi nailiyyətlərdən bəhs edib. Rektor vurğulayıb ki, hazırda Azərbaycan özünün siyasi, iqtisadi qüdrətinə, strateji mövqeyinə, inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Bu inkişaf Azərbaycanda kosmik sənayedən də yan keçməyib. Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, dünyanın kosmik ailəsinə daxil olduğunu vurğulayan rektor artıq üç peykimizin (“Azerspace-1”, “Azersky”, “Azerspace-2”) orbitə çıxarıldığını, bunun həm innovasiya, həm də biznes baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Planetar elmlər üzrə doktor, dosent Ann Verbişer ölkəmizin gənc müstəqil dövlət kimi dünyanın kosmik ailəsinin üzvünə çevrilməsinin böyük nailiyyət olduğunu vurğulayıb. O, Bakıya səfərinin məqsədi, “Azərkosmos”da və digər qurumlarda keçirdiyi görüşlər haqqında məlumat verib. Qonaq eyni zamanda, BMU ilə əməkdaşlıq imkanlarından da bəhs edib.

 

 

Daha sonra NASA-nı təmsil edən doktor Ann Verbişer BMU-nun tələbələri ilə görüşüb. BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov qonaq haqqında təqdimatının ardınca Ann Verbişer tələbələrə mühazirə oxuyub. Onun virtual kosmos səyahəti, yeni üfüq planetləri və Pluton planetinin yaranması haqqında fikirləri maraqla qarşılanıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox