AZ

NASA Space Apps Azerbaijan hackathon-un qalibləri müəyyənləşib

1d6a94025ebb999eea3b2ad73d8229f4.jpg
21.10.2019 18:27

“NASA Space Apps Azerbaijan hackathon”un final mərhələsi keçirilib.

 

TED.az xəbər verir ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, “Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə oktyabrın 18-dən start götürən “NASA Space Apps Azerbaijan hackathon”un (proqramçıların birləşərək müxtəlif problemləri həll etməsi) final mərhələsi keçirilib.

 

“Azərkosmos”dan verilən məlumata əsasən, yarış zamanı 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Beləliklə, birinci yerin qalibi “ICARUS”, ikinci yerin qalibi “SpaceSetup”, üçüncü yerin qalibi isə “Ulduz Station” komandası olub. "Welcome back" və "October sky" komandaları isə "INNOLAND"də 6 aylıq İnkubasiya proqramı keçmək şansı əldə ediblər.

 

Qalib komandalar pul mükafatları ilə təltif ediliblər.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox