AZ

Bakıda startap festivalı keçiriləcək

05b8914bfd8794cf60cdeb7314958aab.jpg
22.10.2019 09:54

21-26 noyabr tarixinlərində Azərbaycanda ilk dəfə "StartupFest 2019" adı altında bir həftəlik beynəlxalq “Fuckup Nights” startap festivalı keçiriləcək.

 

TED.az xəbər verir ki, festival bir çox beynəlxalq brendlərin silsilə tədbirlərindən ibarət olacaq. Sözügedən tədbirlərdən biri də noyabrın 21-də saat 19:00-da baş tutacaq "FUN Baku // VOL.5"dir.

 

Tədbir spikerləri uğursuz layihələri haqqında 10 dəqiqə ərzində çıxışlar edəcək.

 

Qeyd edək ki, “Fuckup Nights” ictimai biznes uğursuzluqlarını paylaşmaq üçün 2012-ci ildə Meksikada dünyaya gələn bir qlobal hərəkatdır. Üç və ya dörd sahibkarın uğursuzluq hekayələrin eşitmək üçün hər bir tədbirdə yüzlərlə adam iştirak edir. Hər bir natiqə 7-10 dəqiqə verilir və sadəcə 10 şəkildən istifadə edə bilər. Hər bir spikerin çıxışından sonra sual-cavab üçün vaxt ayrılır.

 

Festival haqqında daha ətraflı məlumatı bu LİNK vasitəsilə əldə edə bilərsiniz.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox