AZ

Proqramlaşdırmanın öyrənmə üsulları mövzusunda təlim keçiriləcək

ce18060e3d24530b66801ecda508639d.jpg
22.10.2019 10:07

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi, Texnoparkın və Texnoklubun birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçiriləcək.

 

TED.az xəbər verir ki, tədbir 23 oktyabr tarixində BMU-nun akt zalında saat 12:00-da təşkil olunacaq. Seminarda “Code Academy”nin təsisçisi Samir Kərimov “Proqlaşdırmanın öyrənilməsi üsulları” mövzusunda təqdimat edəcək.

 

“Code Academy”nin əsas fəaliyyət istiqamətlərinə Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, onları fərdi və peşəkar inkişafı üçün lazımi məlumatlarla, praktiki vərdişlərlə təmin etmək daxildir.

 

Qeyd edək ki, tədbirdə iştirak etmək üçün bu LİNK vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox