AZ

Coğrafi informasiya sistemləri üzrə təlimlər başa çatdı

afac4ebb7fbcbf91fb8d76afe69bf2c4.jpg
22.10.2019 10:12

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə ödənişsiz coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə yekun vurulub.

 

 

İnstitutdan TED.az-a verilən məlumata görə, iki həftə davam edən təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli, bir günlük seminar-məşğələni isə Cenevrə Universitetinin CİS üzrə aparıcı mütəxəssisi Yaniss Guigoz aparıb.

 

Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edib.

 

Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.

Elm bölməsindən digər xəbərlər

Daha çox