AZ

Harmony əməliyyat sistemi Android-i əvəz edə bilər, lakin…

7a68bb10e4923b2d6e16de688e3b8297.jpg
22.10.2019 12:01

Huawei Android-də qalır

 

Huawei-in çoxsaylı bəyanatlarına baxmayaraq, Harmony ƏS smartfonlar üçün bir sistem kimi, qaranlıq nöqtə olaraq qalır.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bir tərəfdən Huawei Android-dən imtina etməyəcəyini iddia etməyə davam edir, digər tərəfdən isə sanksiyaların problemi həll edilmədiyi təqdirdə smartfonlarını Harmony ƏS-nə çevirməyə hazır olduğunu bildirir.

 

Huawei-ın rəhbəri Ren Jengfei (Ren Zhengfei) yeni müsahibəsində Harmony ƏS funksionallıq ilə heç bir problemi olmadığını, lakin Android-i əvəz etməyəcəyini bildirib.

 

Həmçinin Huawei rəhbəri builki sanksiyalara görə, şirkətin mümkün itkilərinə dair qiymətləndirməni azaldıb. Əgər əvvəllər o, 20-30 milyard dollar həcmində zərərləri qeyd edirdisə, yeni müsahibədə artıq başqa məbləğ - 10 milyard dollar göstərilib. Bunun izahı ABŞ-ın Huawei-a sanksiyalarının təsirinin azalmasıdır.

 

Xatırladaq ki, bu yaxınlarda Çin nəhəngi ötən rübün nəticələrinə dair hesabat yayımlayıb. Və bütün problemlərə baxmayaraq, Huawei satış sayını demək olar ki, dörddə bir qədər artırmağı bacarıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox