AZ

Formula 1 Azərbaycan Qran Prisi 2020 biletlərinin satışına start verildi

217a8763b1b5467d3e8d6f86e48b4535.jpg
22.10.2019 12:04

Oktyabrın 22-dən etibarən Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına start verilib.

 

TED.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisi 2020 biletlərinin satışı şirkətin rəsmi internet saytı üzərindən, bakucitycircuit.az və itiket.az saytlarından, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.

 

Təklif olunan dördgünlük biletlərin indiki qiymətləri tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün isə biletlərin qiyməti 110-190 manatdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox