AZ

Şəbəkədə gecikmələri aradan qaldırmaq üçün alqoritmlər işlənməlidir – MÜTƏXƏSSİS RƏYİ

243c2074a1fc226afb6b8564ff09e8c7.jpg
22.10.2019 14:55

Mobil qurğularda meydana çıxan hesablama və yaddaş resurslarındakı məhdudiyyətləri, şəbəkədə baş verən gecikmələri aradan qaldırmaq, mobil qurğuların enerji sərfiyyatını azaltmaq məqsədilə metod və alqoritmlər işlənməlidir”.

 

TED.az xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisi Oqtay Ələkbərov deyib.

 

Mütəxəssis qeyd edib ki, sözügedən prosesə istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, verilənlərin və nəticənin istifadəçilərə sürətli və etibarlı çatdırılması, mobil qurğuların enerji sərfiyyatının azaldılması da daxildir.

 

O.Ələkbərov hesablama buludlarında meydana çıxan bəzi problemlərə də toxunub. Bildirib ki, bu problemlərə “Cloud Computing” sistemində bulud serverlərinin mobil istifadəçidən uzaqda yerləşməsi, şəbəkənin həddən artıq yüklənməsi nəticəsində əlaqə kanalının ötürmə imkanlarının az olması və s. aiddir.

 

“İyerarxik arxitekturlu mobil “cloud computing” sistemlərdən istifadə edilməsi, bulud serverlərdə faylların istifadə tezliyinə, yaddaş qurğularında optimal yerləşdirilməsi, “cloudlet”lərdə virtual maşınların məsələnin həll vaxtına görə optimal seçilməsi və s. bu məsələdə problemlərin həlli yolları ola bilər”, – mütəxəssis sonda vurğulayıb.

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox