İnklüziv təhsilin reallaşmasında informasiya texnologiyaları mühüm rol oynayır – AÇIQLAMA
“İnformasiya kommunikasiya texnologiyaları (İKT) inklüziv təhsildə kompensasiya, kommunikasiya, didaktik məqsədlərlə istifadə olunur”.
TED.az xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova deyib.
O, həmçinin qeyd edib ki, inklüziv təhsildə İKT-dən istifadə imkanlarını araşdıran tədqiqatçılar rəqəmsal, informasiya, assistiv, köməkçi texnologiyalar kimi anlayışlardan istifadə edirlər.
K.Qurbanova inklüziv təhsilin reallaşmasında informasiya texnologiyalarının mühüm rol oynadığını qeyd edərək sağlamlıq imkanları məhdud insanlar üçün hazırlanmış müxtəlif texniki vasitələr və proqram təminatları, onların təyinatı haqqında məlumat verib.
Mütəxxəssis onu da nəzərə çatıdırıb ki, müxtəlif sağlamlıq problemləri olan uşaqların təhsil mühitinə və biliklərə əlyetənlik imkanlarının artırılması, bütün uşaqların ümumi təhsil prosesinə cəlb edilməsi, bu kateqoriyadan olan insanların sosiallaşması inklüziv təhsildə İKT-nin tətbiqi üçün zəruridir.
Cavid QƏDİR