AZ

Rezidentlərimiz 7 il gömrük rüsumundan azad edilirlər – AÇIQLAMA

a4b9a8dac39318610fa4d93eafdbfe43.jpg
22.10.2019 16:10

"AMEA YTP-nin hazırda 11 rezident nümayəndəsi var. Sözügedən rezidentlər müxtəlif sahələr üzrə fəaliyyət göstərir. AMEA YTP-nin rezidentlərinə 7 il vergi güzəştləri olur".

 

TED.az xəbər verir ki, bunu “İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda keçirilən dəyirmi masada AMEA YTP-nin nümayəndəsi Zaur Əhmədzadə deyib.

 

Zaur Əhmədzadə bildirib ki, rezidentlər 7 il müddətində gəlir vergisindən, eləcə də gömrük rüsumlarından azad olurlar: "Bu vergilərə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, gömrük rüsumu və s daxildir. Gömrük rüsumu dedikdə parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı nəzərdə tutulur. Bizə müraciət edən rezidentlərə rəsmi sertifikat təqdim olunur".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox