AZ

Niyə elektron pul sərfəlidir? – ARAŞDIRMA

c2ccac7964c5c8c0f24c983a614f3fd0.png
22.10.2019 16:57

Müasir dünyada internet, texniki nüanslarda təcrübəli olmayan adi istifadəçi üçün də böyük rol oynayır. Bu, müxtəlif onlayn oyunların istifadəsi, tanışlıq saytları, müxtəlif xidmətlər üçün ödəniş və s. məqamlarda daha çox hiss olunur. Müxtəlif xidmətlər üçün internetdən istifadə zamanı ən əlverişli seçim – elektron ödəniş sistemləri, başqa sözlə, elektron pullardır.

 

Onların köməyi ilə, müxtəlif xidmətlər üçün pul ödəmək və həddindən artıq get-gələ düşmədən, sırada dayanmadan, internet vasitəsilə heç bir riskə getmədən, mal almaq mümkündür.

 

TED.az bu dəfə müxtəlif məsələlərin həlli zamanı elektron pulların niyə əvəzsiz olduğunu araşdırıb:

 

1.Sürətli

 

Onlayn xidmətlər üçün adi pul ilə ödəməyi qərara alsanız, o zaman siz buna ən azı 1 gündən sonra nail olacaqsınız. Sizə isə bu xidmət məhz indi lazımdır. Elektron pulun köçürülməsi bir neçə saniyə ərzində baş verir, yəni zəruri xidmətdən dərhal yararlana bilərsiniz.

 

2. Hər yerə uyğundur

 

İnternetin olduğu yerdə elektron hesaba bütün məkanlarda giriş mümkündür. İnterneti dəstəkləyən bir noutbukunuz və ya telefonunuz varsa, elektron hesabınıza hər yerdə giriş edə bilərsiniz.

 

3. Populyardır

 

Demək olar ki, bütün mağazalar müştərilərlə hesablaşmalar üçün elektron pullardan istifadə edir. Bəziləri xidmətlərini ödəmək üçün SMS-lər və nağd puldan yararlanır. Ancaq bu, çox güman ki, qaydalarda istisna təşkil edir və elektron pullar klassik hesab vasitələri kimi qəbul olunur.

 

 4. Təhlükəsizdir

 

Bəzi istifadəçilər hesab edirlər ki, elektron valyuta etibarsızdır və hesabdan itə bilər. Təcrübə göstərir ki, bu, istifadəçinin günahından, pul köçürülən hesabın nömrəsi səhv olduqda; köhnəlmiş verilənlər bazası olan antivirus istifadə olunduqda; faylların kodları itirildikdə və s. baş verir. Ödəniş sistemlərinin qorunma mexanizmi çox yüksəkdir.

 

5. Konvertasiya olunur

 

Elektron valyutaların məzənnələri real analoqlarına tam uyğundur və onları eyni şəkildə bir-biri ilə əvəz etmək olar.

 

6. Kreditlidir

 

Elektron pulla kredit əməliyyatları real həyatdakı əməliyyatlara bənzəyir.

 

7. İşgüzardır

 

Elektron valyuta internetdə iş həyatının vacib bir atributudur. Elektron ticarətlə məşğul olmaq üçün bir neçə ödəniş sistemini (məsələn, Webmoney, Yandex.Money) idarə etməyi öyrənməlisiniz.

 

8. Bu informativdir

 

Elektron ödəmə sistemlərində hesabınızdakı istənilən dəyişiklik SMS mesajlarla çatdırılır.

 

9. Bura digər ödəniş üsulları da daxildir

 

Elektron pulları həmişə adi pula çevirə bilərsiniz və ya əksinə də ola bilər. Bunun üçün müxtəlif asan üsullar mövcuddur.

 

10. Və nəhayət, dəbdir

 

Alış-veriş üçün internetdən istifadə etsəniz, həmkarlarınız və ya dostlarınız sizə fərqli baxacaqlar, sizə daha çox hörmət edəcəklər.

 

Aytəkin NƏSİROVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox