İnstaqramın gizli izləyicilərinə bəd xəbər – sosial səhifə səyahətinizin sərhədləri daraldı
İnstaqram profil sahibi olmayan istifadəçilərə getdikcə daha çox məhdudiyyətlər qoymağa başlayır – yeni xüsusiyyətlər gizli izləyiciləri xeyli narahat edəcək. Sosial mediada təcavüz və zorakılıq hallarının artması ilə əlaqədar olaraq platformalar istifadəçiləri qorumaq üçün daha çox tədbirlər görməyə başlayıb.
TED.az xəbər verir ki, İnstaqram gizli izləyicilər üçün yeni bir qərar qəbul edib. Şəxsi məlumatların gizliliyinin daha çox önəm daşıdığı bir vaxtda, İnstaqram yeni xüsusiyyətilə istifadəçilərinə etibarlı bir profil təqdim edir. Artıq stalker (profil sahibi olmadan hansısa şəxsin səhifəsinə baxan) olmaq daha çətindir.
İnstaqramdan gələn yenilənməyə əsasən, profil sahibi şəxslər istifadəçilərə aid sadəcə bir neçə fotopaylaşım görə biləcəklər – İnstaqram hesabı olmayanlar məhdud məlumatla kifayətlənməli olacaqlar. Hesab edilir ki, bu da öz növbəsində daha çox profilin yaradılması ilə nəticələnəcək.
İnstaqramın bu yeni xüsusiyyətinə Feysbuk meneceri də fikir bildirib: “Əgər istifadəçi deyilsinizsə giriş ekranı görünməzdən əvvəl yalnız müəyyən miqdarda məzmunla tanış olmaq mümkündür. Bu xüsusiyyət insanlara mükəmməl İnstaqram təcrübəsi əldə etməyə və bu cəmiyyətin bir hissəsi olmağa kömək edir”.
Ekspertlərin fikrincə, 1 milyard istifadəçisi olan İnstaqram bu kimi yenilikləri ilə platformasını daha da genişləndirmək istəyir.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















