Dövlət qurumları və əlillərin istifadəsinə verilən Khazar avtomobilləri hansı parametrlərə sahibdir? – ARAŞDIRMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtaşırı əlilləri avtomobillə təmin edir.
TED.az olaraq, həmin avtomobillərin texniki göstəricilərini araşdırmaq qərarına gəldik:
Sözügedən avtomobil markası – “Khazar” Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunur.
Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə dövlət tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib. Bu dəstək tədbirləri nəticəsində tikinti işləri zamanı təqribən 5 milyon dollar qənaət olunub. Bu, avtomobillərin daha ucuz başa gəlməsinə, satışa daha münasib qiymətə çıxarılmasına birbaşa təsir göstərir.
Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. “Made in Azerbaijan” brendi altında bazara çıxarılır.
Zavodun illik istehsal gücü 10 min avtomobildir. “Khazar” LD və “Khazar” SD modelli avtomobillər istehsal olunur.
Dövlət müəssisələri, nazirliklər “Khazar” avtomobillərinin alınması məqsədilə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.
“Khazar” SD-nin qiyməti 16 min, “Khazar” LD-nin qiyməti isə 18 min manatdır. Bu, analoji avtomobillərin satış qiymətindən azı 20% ucuzdur. “Khazar” avtomobillərini nağd, köçürmə və 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.
Bu avtomobillər sadə və lüks seriyalıdır. Mühərrik gücü 1,7 l-dir. Yaxın gələcəkdə zavodda "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modellərinin istehsalı da nəzərdə tutulur.
“Khazar” avtomobillərinin başlıca üstünlüyü onun qiyməti və keyfiyyətidir. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. “Khazar” isə daha ucuz qiymətə 16-18 min manata təklif olunur və daha geniş komplektləşmədə malikdir. Bundan başqa, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Avtomobil şüşə lyük, ABS əyləc sistemi, multi sükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi və digər parametrlərlə təchiz olunub.
Hər iki modeldə kondisioner mövcuddur, qabaq və arxa şüşələr, eləcə də güzgülər elektriklə idarə olunur. Avtomobil arxa şüşə qızdırıcısı, CD oxuducu/MP3 və monitorla təmin edilib.
Hündürlük, en, uzun, yanacaq çəninin tutumu (66 litr) və yük yeri hər iki modeldə eynidir. Hidravlik göstəricili sükan tənzimlənə bilir.
“Khazar” LD 150, “Khazar” SD isə 115 at gücünə sahibdir. Maksimal sürət müvafiq olaraq, saatda 189 və 205 kilometrdir.
Hər iki modelin təhlükəsizlik sisteminə açarsız giriş, mərkəzi kilidlənmə, hava yastıqları, siqnalizasiya, arxa görüntü kamerası və park radar aiddir. Lüks versiyada yan hava yastıqları da var. Adi variantda isə yastıq yalnız sürücü və öndə əyləşən sərnişin üçündür.
Əminliklə demək olar ki, Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
MacBook Neo 2 iPad kimi olacaq!
Huawei Pura 90 Təqdim Edildi
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

