Niyə avtomobildə mobil telefonu enerji ilə doldurmaq çox təhlükəlidir?
Müasir dövrdə çətin ki, kimsə özünü smartfonsuz təsəvvür edir, bu, təkcə rabitə vasitəsi deyil, həm kamera, həm MP3-pleyer, eyni zamanda internetə çıxışı olan mikro-kompüterdir. Bunu nəzərə alan avtomobil istehsalçıları avtomobildə mobil telefonları enerji ilə doldurmağı mümkün ediblər, lakin bu lazımlı seçimdən nəyə görə istifadə etmək yaxşı deyil?
TED.az bu sualın cavabını araşdırıb. Bizim üçün asanlıqla bir neçə fərqli cihazı əvəz edən müasir smartfonların böyük mənfi tərəfi var – onlar çox sürətlə və bir qayda olaraq ən uyğun olmayan anda enerjini tükədirlər. Daimi əlimizdə xarici bir batareya, powerbank və ya ehtiyat mobil telefon gəzdirməli oluruq.
Əlbəttə ki, avtomobilin bort şəbəkəsindən smartfonu enerji ilə təmin etmək rahatdır. Avtomobil hərəkətdə olarkən, qırmızı işiqda və ya tıxaclarda dayanarkən telefon enerji yığır və səfərinizin sonunda artıq o, tam hazır vəziyyətdədir. Ancaq bu, təhlükəlidir. Nəyə görə maşında telefonu enerji ilə doldurmaqdan imtina etmək daha yaxşıdır?
Smartfonlar üçün simsiz şarj edən qurğular yalnız bahalı avtomobillərdə olur və heç də hamısında deyil. Ona görə də, mobil telefonu "qidalandırmaq" üçün əlavə qurğulara ehtiyac duyulur – məsələn, kabel və adapter, əgər avtomobilin USB konnektoru yoxdursa. Problem ondadır ki, orijinal qurğular baha başa gəlir: ucuz məhsullar daha populyardır, bu da telefon batareyasının xarab olmasına və avtomobildə qısaqapanmaya səbəb ola bilər.
Yalnız keyfiyyətsiz USB kabel və ya adapter smartfonun batareyasına zərər vurmur, həm də avtomobilin bort şəbəkəsində gərginliyin artıb-azalması buna səbəb ola bilər. Bildiyiniz kimi, avtomobillərdə bu, daimi deyil. Bəli, ağıllı telefonlar xüsusi nəzarət cihazı, bir növ qoruyucu ilə təchiz olunub. Ancaq o da həmişə öz vəzifəsinin öhdəsindən gələ bilmir. Kreditə aldığınız telefonunuzla belə risk etməyə hazırsınızmı?
Qeyd etmək lazımdır ki, avtomobildə enerji dolurmaq, əlbəttə ki, qadağan deyil, amma mümkünsə bunun qarşısını almaq daha yaxşıdır. Bunu yalnız orijinal kabellər və ya adapterlər, ya da ən pis halda onların keyfiyyətli analoqlarından istifadə ilə daha təhlükəsiz etmək olar.
Şəfiqə RƏŞİD
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











