AZ

Azərbaycanda mobil telefonlar üzrə bazar payı 53,83 faizdir – STATİSTİKA

d22e25964cf76e3b150f6bf32f8e580e.jpg
04.11.2019 14:29

Azərbaycan üzrə mobil telefon və kompüterlərin, eləcə də planşetlərin bazar payı açıqlanıb.

 

TED.az xəbər verir ki, bu haqda "Global Stats" mərkəzinin hesabatında bildirilib.

 

Belə ki mobil telefonların ölkə üzrə bazar payı 53,83%, kompüterlər üçün bu 44,9%, planşetlər üçün isə 1,27%-dir.

 

Qeyd edək ki mobil telefonların bazar payında üstünlük təşkil etməsi dünya miqyasında da izlənilir. Dünya üzrə mobil telefonlar 52,48%, kompüterlər 44,59%, planşetlər isə 2,93% bazar payına sahibdir.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox