Rəqəmsal resept sisteminin ölkə ərazisində tam tətbiqi nə vaxta nəzərdə tutulub? – Nazirlikdən AÇIQLAMA
Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən “Rəqəmsal resept sistemi” hazırlanır. Sistem hazır olandan sonra pasiyent istənilən əczaçıya müraciət edərək, şəxsiyyət vəsiqəsi yaxud rəqəmsal resept nömrəsi ilə tələb edilən dərman ləvazimatlarını əldə edə biləcək.
Bəs sözügedən sistemin hazırlanması prosesi hansı mərhələdədir?
TED.az olaraq bu və digər sualların cavabını tapmaq üçün Səhiyyə Nazirliyinə üz tutduq:
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, işçi qrup tərəfindən beynəlxalq standart əsasında rəqəmsal resept standartı hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.
Məlumatda o da qeyd olunub ki, işçi qrupuna Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarından ibarət mütəxəssislər daxil edilib: “Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları da aktiv şəkildə bu işə cəlb olunub. Yaxın zamanlarda agentlik işçi qrupun tərkibində tam hüquqlu üzvlə təmsil olunacaq”.
Sistemin hazırlanmasında, əsasən, Avropa ölkələrinin, xüsusilə də Türkiyənin təcrübəsindən geniş istifadə olunub, lakin hələ ki, xarici təşkilat və mütəxəssislər cəlb olunmayıb.
“Sistem hazırlanarkən hər bir vətəndaşa dair şəxsi məlumatların konfidensiallığının tam şəkildə qorunması nəzərə alınıb. Eyni zamanda, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə, orada qeyd olunan strateji hədəflər üzrə informasiya təhlükəsizliyinin təmini məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar öz əksini tapıb”, – deyə məlumatda vurğulanıb.
Strateji Yol Xəritəsinin Tədbirlə Planına əsasən, rəqəmsal resept sisteminin ölkə ərazisində tam tətbiqi 2025-ci ilə nəzərdə tutulub: “Sistemin hazırlanması iSO-un “iSO/ C 215, Health informatics” texniki komitəsi tərəfindən, “iSO 17523:2016 Health informatics – Requirements for electronic prescriptions” (iSO 17523:2016 Səhiyyə informasiyası – Elektron reseptlərə dair tələblər) adlı beynəlxalq standart əsasında hazırlanmış dövlət standartına əsasən, həyata keçirildiyindən, bu standart əsasında yaradılan digər dövlətlərdəki sistemlərdən əsaslı fərqi olmayacaq. Fərq yalnız ölkəmizin səhiyyə sisteminin strukturu və dərman vasitələri ilə davranışı tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri ilə bağlı ola bilər. Sistemin ümumi fəaliyyət prinsipləri beynəlxalq standartın tələblərinə uyğun nəzərdə tutulub”.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


