AZ

Xiaomi Mi Play: qiyməti və özəllikləri

05b6a5166c83764f26a92a0f88372399.jpg
06.11.2019 10:28

Xiaomi şirkəti quruluşundan çox uzun müddət keçməsə də artıq Çin və dünya texnologiya bazarında ciddi rəqib kimi tanınır. Xüsusən telefon istehsalında sözügedən şirkət qarşısıalınmazdır. Az qala hər ay mobil telefon bazarına özünəməxsus tərzdə yenilik bəxş edən kampaniya istehlakçılar arasında ciddi nüfuz qazanıb. Bu nüfuzun möhkəmlənməsində Xiaomi Mi Play smartfonunun da payı var.

 

TED.az olaraq “TEDfon” rubrikasında bu modelin qiymət və özəlliklərini araşdırmışıq:

 

Xiaomi Mi Play

 

Xiaomi Mi Play 64 GB markanın Mi seriyasında ən təzə modellərdəndir. 64 GB daxili, 4 GB operativ yaddaşı olan smartfon dizayn və texniki özəllikləri ilə yeni nəsil ağıllı telefonlar arasında önə çıxır. Yaddaş həcmi, batareya gücü, 2 sim girişi və s. xüsusiyyətləri və sərfəli qiyməti ilə bu telefon həm iş, həm də gündəlik istifadə üçün ideal variantdır.

 

Xiaomi Mi Play 5 düym ekrana malikdir və xüsusi dizayn olunmuş quruluşu ilə istifadəçilərə kifayət qədər genişlik təqdim edə bilir. Gözoxşayan dizayna malik bu cihaz 150 qram çəkisi ilə olduqca ələyatımlıdır.

 

Cihazın kamerası 12 Mp görüntü keyfiyyəti təqdim edir. DSLR kameralarda olan avtomatik fokus özəlliyi vaxitəsilə istədiyiniz keyfiyyətdə şəkillər çəkə biləcəksiniz. Standart ağıllı telefonlardan fərqli olaraq 3-lü kamera vasitəsilə bu telefon daha keyfiyyətli və canlı şəkillər çəkməyə imkan yaradır. Led fləş funksiyası ilə axşam vaxtı və ya işıqlandırılması zəif olan ortamlarda belə istədiyiniz kadrları yaxalamaq mümkündür. 8 Mp-lik ön kamera isə istifadəçiyə keyfiyyətli “selfie” çəkilişində ideal köməkçidir.

 

Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyası ilə çalışan telefon 8 nüvəli Octa-core (4x2.3GHz&4x1.8GHz) prosessora malikdir. Barmaq izi oxucu, 3G, 4G, GPS texnologiyası da mövcuddur.

 

Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 359,99 manata təklif olunur.

 

Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq ilkin ödəniş olmadan faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə ilkin ödəniş tələb edilməsə də müəyyən faiz hesablanır. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.

 

Sözügedən telefon Optimal Electronics-də 359 manatdır. Bundan başqa, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.

 

Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.

 

İrşad Elektronics-in saytında da bu telefon müştərilərə 359 manata satılır. Eyni zamanda, Albalıkart və Birkart istifadəçilərinə smartfon 18 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə təklif edilir.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya məbləği tələb oluna bilər. Müştərilər, həmçinin pulsuz çatdırılma xidmətindən yararlana bilərlər.

 

Baku Electronics-in saytında isə sözügedən telefon alıcılara təklif edilmir.

 

Maxi.az-da sözügedən model 359 manata satılır. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var.

 

World Telecom-un saytında bu telefon 359 manatadır. Birkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur. Adi müştərilər isə məhsulu 6-12 aylıq kreditlə əldə edə bilərlər. İlk seçimdə faiz hesablanmasa da, ilkin ödəniş kimi 179.5 manat tələb olunur. İkinci seçimdə isə telefon alıcıya 408 manata başa gəlir.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər.

 

İş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş tələb oluna bilər.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox