AZ

Feysbuk video vasitəsi ilə saxta hesablarla mübarizə aparacaq

828a7da4b3b5e4f22c3d4ee8489d0dbe.jpg
06.11.2019 15:23

Feysbuk sosial şəbəkəsi saxta hesablarla mübarizə aparmaq üçün yeni vasitənin sınanmasına başlayıb.

 

TED.az xəbər verir ki, Feysbuk videolardan istifadə edən istifadəçiləri yoxlayacaq.

 

Sosial şəbəkə yeni istifadəçilərə üz tanıma sistemi çərçivəsində qısa selfi videosunu yaratmağı təklif edəcək. Videoda istifadəçi üzünün hər tərəfini göstərməlidir. Həmin materialları ehtiva edən fayllar 30 gün ərzində silinəcək.

 

Daha əvvəl Feysbuk şirkəti yeni üz tanıma sistemlərini tanıya bilməyəcək konstruksiyanı təqdim edib. Texnologiyanın iş prinsipi üz cizgilərini real vaxtda dəyişdirməkdən ibarətdir. Konstruksiyanın geniş miqyaslı olmağına baxmayaraq, Feysbuk öz məhsullarında həmin texnologiyanı istifadə etməyəcəyini açıqlayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox