AZ

UNEC-in bütün tədris binalarında linqafon kabinetləri quraşdırılıb

640629ab1c315f6ee82990b4d34b08bf.jpg
06.11.2019 16:39

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün tədris binalarında linqafon kabinetləri quraşdırılıb.

 

UNEC-dən TED.az-a verilən məlumata görə, bu addım dinləmə və anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə atılıb.

 

Məlumatda o da qeyd olunub ki, 2019/2020-сi tədris ilindən tətbiq olunan yeni standartlara əsasən, tələbələrə ingilis dili “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” bacarıqları üzrə tədris olunur. UNEC-in bütün fakültələrində tətbiq olunan yeni standartların məqsədi tələbələrin xarici dil səviyyələrini daha da artırmaq və xarici dildə araşdırma apara bilən yüksək ixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirməkdir.

 

Cavid QƏDİR

Elm bölməsindən digər xəbərlər

Daha çox