Bu Motorola smartfonları ilk olaraq Android 10 alacaq
Motorola One Zoom və Moto Z4 tezliklə yenilənəcək
Hazırda Motorola birkristallı Snapdragon 675 sistemi əsasında çalışan iki telefon buraxıb. Bunlar arxasında düzbucaqlı bloku olan Motorola One Zoom və Moto Mods-u dəstəkləyən Moto Z4-dür.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki cihaz Android Pie əməliyyat sistemi ilə qutudan çıxarılıb, lakin indi onlar Android 10 ƏS ilə Wi-Fi Alliance internet saytında peyda olublar ki, bu da müvafiq yeniləmənin tezliklə çıxacağını göstərir.
Motorola One Zoom, XT2010-1 model nömrəsinə malikdir, Moto Z4 isə XT1980-4 nömrəsi altında keçir. Böyük bir ehtimalla, məhz onlar Motorola-nın yeni Android 10 əməliyyat sisteminə malik ilk iki telefonu olacaq.
Hələ iyun ayında Z4-ün Android 11-i görməyəcəyinə dair təsdiq dərc olunub, yəni Android 10-a qədər gələn yeniləmə son böyük yenilənmə olacaq, bundan sonra isə smartfon istifadəçiləri yalnız təhlükəsizlik sisteminin yamaqlarını gözləyə bilərlər.
Motorola One Zoom nisbətən yeni bir smartfondur. O, sentyabr ayında digər bazarlarda Android One proqramının bir hissəsi olaraq Motorola One Pro adı altında çıxıb. Bu, həmin modelin Android 11-i də alacağı deməkdir.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















