AZ

Huawei hərəkətli kameraya malik Y9s smartfonunu hazırlayır

73d42ce7f01ee543345c3017fc8a4df5.jpg
08.11.2019 10:29

Bu ay Huawei Y9s smartfonunu təqdim edəcək. Bu ərəfədə isə şirkət internet şəbəkədə cihazın görüntüsünü yayaraq onun xüsusiyyətlərini açıqlayıb. Cihazın təxmini qiyməti də açıqlanıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Huawei Y9s-in ekranı hər hansı bir kəsintisiz, dar yan və yuxarı çərçivə ilə təchiz ediləcək, cihazın ön kamerasının isə hərəkətli olması nəzərdə tutulur.

 

Ön modulun xüsusiyyətləri hələlik məlum deyil – şəkildə yalnız 48 Mp-lik üçlü kameranın əsas modulu görünür.

 

Həmçinin qeyd olunur ki, Huawei Y9s-də barmaq izi skaneri yan tərəfdə quraşdırılıb.

 

Cihazın ekranı 6,59 düym diaqonaldır və smartfon 6 GB RAM və 128 GB daimi yaddaşa malik olacaq.

 

Mənbə, həmçinin Kirin 710F prosessoru və 4000 mAs batareya haqqında məlumat verir. Huawei Y9s təxminən 220 dollara başa gələcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox