AZ

9 noyabr ASAN xidmət və ASAN Kommunalda qeyri-iş günüdür

95f2d5f17980f5575eb89e9779609f26.jpg
08.11.2019 11:11

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

 

TED.az xəbər verir ki, vətəndaşlar 10 noyabr tarixindən “ASAN xidmət”, 11 noyabr tarixindən isə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

 

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

 

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

 

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox