AZ

Nazir müavini: Məşğulluq altsistemi innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin artırılmasına xidmət edir

99998bd14ece8738311f14c86d3ed801.jpg
08.11.2019 12:42

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gündən əhalinin istifadəsinə verilən “Məşğulluq” altsistemi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir".

 

TED.az xəbər verir ki, bunu Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

 

Anar Əliyev bildirib ki, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir: "Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) də bu məqsədə xidmət edən bir addımdır".

 

MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb: "MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və bu baza da daim yenilənir. Beləliklə, MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox