AZ

Avtomobil ustalarının gizlətməyə çalışdığı bəzi sirlər – ARAŞDIRMA

7b30033bd14a6aa83904098a29c593ab.jpg
08.11.2019 13:00

Siz də avtomobil ustalarına güvənən sürücülərdənsiniz? Avtomobilinizə düzgün şəkildə qulluq edə bilən bir usta tapmısınızsa, çox şanslısınız. Təəssüf ki, bütün ustalar müştərilərinə qarşı məsuliyyətli və dürüst olmurlar. Maşınınızı servisə aparan zaman ustaların bəziləri müəyyən məqamları sizdən gizlədə bilər. TED.az sizi xəbərdar edir:

 

1. Əgər usta sizə avtomobilin akkumulyatorunun dəyişdirilməsini israr edirsə, inanmayın. Akkumulyatorun ömrünü uzatmağın mümkünlüyünü çox sürücü bilmir. Bəzən onu dəyişmək doğrudan da lazım olur, amma çox vaxt servislər sizə pul xərclətmək üçün əllərindən gələni edirlər. Əslində akkumulyatorların ən böyük nasazlıqları onların özündə deyil, naqillərində olur. Akkumulyatorun bağlandığı yerlər vaxt keçdikcə aşınır və zədələnir. Buna görə də o, avtomobilinizə əvvəlki qədər güc ötürə bilmir. Bəzi insanlar naqillərin akkumulyatora bağlı hissələrinə “Coca-Cola” tökürlər və bununla da korroziyanı yox edirlər. Onu da qeyd edəki ki, akkumulyator satılmazdan əvvəl mağazada nə qədər çox qalırsa, gücü bir o qədər azalır. Buna görə də, akkumulyatorunuzu dəyişən zaman onun istehsal tarixinə baxın.

 

2.Ustaların çoxu avtomobilinizin yağının hər 5000 kilometrdən bir dəyişdirilməli olduğunu deyir. Buna baxmayaraq, müxtəlif avtomobil mütəxəssisləri hər 12000 kilometrdən bir yağ dəyişmənin düzgün olduğunu deyirlər. Üstəlik, əgər yağı hər 16000 kilometrdən bir də dəyişsəniz, avtomobiliniz heç bir ziyan görməyəcək. Tez-tez  yağ dəyişməkdənsə, ustaların dili ilə desək, avtomobilinizin “yağ yeməməsinə” diqqət edin. Bəzi ustalar köhnə və kirlənmiş yağın avtomobilinizə ziyan verəcəyini deyir. Ancaq müasir avtomobillərdə yağ yanıb buxarlandığı üçün təmizlik məsələsi o qədər də vacib deyil. Sadəcə vaxtı gəldikcə avtomobilinizin yağını dəyişməlisiniz.

 

3. Əyləc yastıqları. Əlbəttə ki, heç bir sürücü əyləcdən gələn səsə biganə qala bilməz. Belə vəziyyət çoxumuzu narahat edir və avtomobili dərhal ustaya aparırıq. Bilmədiyimiz məqam odur ki, bu səsin səbəbi əyləc yastıqlarının üzərindəki pasdır. Əslində, bu pası fırçalamaqla, qazımaqla və ya üstünə hava axını ilə təsir göstərməklə, rahatlıqla təmizləmək olar. Bəzi sürücülər bu problemi özləri həll etsə də, bəziləri yeni əyləc yastığı dəsti almalı olduqlarna inanırlar. Əslində isə əyləc yastıqları tamamilə paslanmamış, onları dəyişməyə ehtiyac yoxdur. 

 

4. Pulsuz servis. Bir çox hallarda sizi pulsuz servisə dəvət edirlər. Çoxumuz da onsuzda pul ödəməyəcəyimizi düşünüb dərhal maşını servisə aparırıq və elə bunula da səhv edirik. Baxış bitdikdən sonra usta mütləq maşının təcili təmirə ehtiyacı olduğunu deyəcək. Sizə avtomobilinizi, yalnız hansısa problemi olduğu zaman servisə aparmağı məsləhət görürük.

 

5.Ustaların çoxu “hidravlik sükanın baxıma ehtiyacı var” və ya  “soyutma suyu mütəmadi olaraq dəyişməlidi” ifadələrini tez-tez işlədir. Əslində isə yağ dəyişmə kimi bu xidmətlərin də hər 16000 kilometrdən bir yerinə yetirilməsi kifayətdir.

 

6. Əgər sizə desələr ki, təkərlərin yeri dəyişməlidir, buna da inanmayın. Bu proses təkərlərin dişlərinin daha tez paslanmasına səbəb ola bilər. İlk öncə onu deyək ki, təkərlərin, həqiqətən, dəyişib-dəyişməməsini başa düşmək demək olar ki, mümkün deyil. Bunu anlamaq üçün təkərlərin üzərinə hansısa nişan qoya bilərsiz. Təkərlərin rotasiyası (əvəzlənməsi) isə onların paslanma sürətini azaltmaz.

 

7.Yağ işığının yanmasını çoxumuz ciddi problem hesab edirik. Bunun səbəbini çox az sürücü bilir. Səbəb isə yanacaq çəninin qapağının lazımi qədər sıxılmaması ola bilər. Qapaq kifayət qədər sıxılmazsa, oksigen çənin borularından içəri sıza bilər.

 

8. Bəzi ustalar sizə motora və ya yanacaq çəninə əlavə etmək üçün müxtəlif maddələr təklif edə bilər. Bu maddələr kifayət qədər bahalıdır. Mütəxəssislər bildirirlər ki, avtomobilə mütəmadi nəzarət etsəniz, belə məhsullara ehtiyacınız qalmaz. Aldığımız yanacaq və mühərrik yağları onsuz da lazımi əlavə maddələrlə zənginləşdirilmiş olur. Bu maddələr həm də kirliliyin və tez buxarlanmanın qarşısını alır.

 

Günay ƏLİYEVA

TED + bölməsindən digər xəbərlər

Daha çox