Türk Hava Yolları uçuş xəritəsinə yeni şəhər əlavə etdi
İlk dəfə 1999-cu ildə Pekinə uçuş həyata keçirməklə Çin bazarına daxil olan “Türk Hava Yolları” ölkənin daha bir şəhərini – Sianı öz uçuş şəbəkəsinə əlavə edib.
Aviaşirkətdən TED.az-a verilən məlumata görə, Pekin, Şanxay və Quançjouya uçuşlar təşkil edən “Türk Hava Yolları” Çin bazarındakı 20-ci fəaliyyət ilində Sian reysini açmaqla “Asiya nəhəngi”ndəki uçuş məntəqələrinin sayını dördə çatdırıb.
Sianın uçuş xəritəsinə əlavə edilməsi qərarı 5 noyabr tarixində “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlkər Ayçı və Şanxi Əyaləti Kommunist Partiyası Komitəsinin Katibi Hu Hepinq arasında reallaşan görüşdən sonra verilib.
Bu ilin sonunda başlayacaq Sian uçuşları ilkin olaraq həftədə üç dəfə təşkil ediləcək. Lakin 2020-ci ilin yay cədvəlinə keçidlə birgə uçuşların sayı tədricən artırılacaq.
Sian reysinin işə düşməsi ilə “Türk Hava Yolları” və Çin arasındakı qarşılıqlı uçuşların sayı həftədə 24-ə çatacaq.
“Biz Sian istiqamətində uçuşların iki ölkə arasındakı turizm, ticarət, mədəniyyət və iqtisadi əlaqələrə töhfə verəcəyini gözləyirik. Mən inanıram ki, bizim tərəfimizdən yaradılan bu nəqliyyat körpüsü münasibətləri dərin tarixi köklərə əsaslanan hər iki cəmiyyət üçün müsbət nəticələr əldə etməyimizi sürətləndirəcək”, - deyə İ.Ayçı bildirib.
Dünya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















