AZ

Türkiyənin pilotsuz uçuş aparatı ANKA-dan yeni rekord

e93e2c583b32b4281aedc0912ee9cf4c.png
08.11.2019 14:56

Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatı ANKA uzun müddətli uçuş reallaşdırıb.

 

TED.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Aviasiya və Kosmos Anonim şirkəti TUSAŞ tərəfindən verilən açıqlamada ANKA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirilib.

 

Qeyd edək ki, ANKA-nın əsas güc parametrlərində havada uçma müddəti 24 saat olaraq qeyd edilir.

 

Bu pilotsuz uçuş aparatı gecə və gündüz, istənilən hava şərtlərində nəzarət, sabit və ya hərəkətli hədəfi aşkarlama, müəyyənetmə, təqib məqsədli, real zamanlı görüntü kəşfiyyatı vəzifələrini yerinə yetirir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox