AZ

Məşğulluq altsistemində 14 mindən çox vakansiya toplanılıb – NAZİR MÜAVİNİ

08.11.2019 15:16

"Hazırda vakansiya bankında 14 mindən çox vakansiya var".

 

TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

 

Anar Əliyev bildirib ki, vakansiya bankında işəgötürənlər bölməsi ilə bağlı ciddi işlər aparılır: “Bu işlərin əsas məqsədi ümumi işəgötürənlərin vakansiyalarını banka yerləşdirmələrini təmin etməkdir. "Məşğulluqla" bağlı altsistemi istifadəyə verdikdən sonra biz bununla bağlı prosesi daha da sürətləndirəcəyik”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox