AZ

E-qaydada neçə nəfərə birdəfəlik müavinət təyin olunub? – AÇIQLAMA

8cbc3319ffea874ba3de48e5bdaaf532.jpg
08.11.2019 15:49

"Bu günədək 4700 şəxsə uşağın anadan olması ilə bağlı elektron qaydada birdəfəlik müavinət təyin olunub".

 

TED.az xəbər verir ki, bunu Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

 

Anar Əliyev bildirib ki, həmin şəxslər heç bir yerə müraciət etmədən, sənəd toplamadan SMS vasitəsilə məlumatlandırılıblar: "SMS məlumatı aldıqdan sonra onlar banklara gedərək müavinətlərini götürə bilərlər".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox