Caspian European Club biznes-tur təşkil edib
“2019-cu il noyabrın 1-də Caspian European Club-un üzvləri biznes-tur çərçivəsində “Debet Safety” şirkətinin istehsalat müəssisəsinə baş çəkiblər. 20 ildən çoxdur fəaliyyət göstərən “Debet Safety” şirkəti fərdi müdafiə vasitələrinin istehsalı və satışı bazarında liderdir. 6 min kv.m-ə yaxın ərazidə yerləşən “Debet Safety” şirkətinin fabriki istehsalat sexlərindən, anbardan və ofislərdən ibarətdir. Şirkətin, həmçinin şəhərin mərkəzində şourum və 300 kv.m.-lik sahəni əhatə edən ofis məkanı var. Biznes-tur çərçivəsində Caspian European Club üzvləri təhlil və sifarişlərin işlənib hazırlanma prosesləri, istehsalat proseslərinin tam mərhələsi, o cümlədən məhsulların keyfiyyətinə nəzarət prosesləri ilə tanış olublar”.
TED.az xəbər verir ki, bu barədə Caspian European Club-ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Biznes-tur iştirakçılarına interaktiv formatda “Debet Safety” şirkətinin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə Caspian European Club-ın iştirakçılarının “Debet Safety” şirkətinin baş direktoru Əsəd Nəsrullayevlə görüşü də təşkil olunub. O, biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər və ilkin razılıq əldə olunub.
“Debet Safety” şirkətinin menecmentlik sistemi ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi standartı üzrə sertifikatlaşdırılıb. Şirkətin əməyin mühafizəsi və təhlükəsizliyi sistemi isə OHSAS 18001 standartı üzrə sertifikatlaşdırılıb. “Debet Safety” şirkəti tərəfindən isthesal olunan bütün xüsusi təyinatlı məhsullar Avropanın sertifikatlaşdırılmış institutlarının laboratoriyalarında testdən keçib və EN ISO 13688, EN ISO 20471, EN 343, EN 342, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116, EN 1149 Avropa standartları üzrə sertifikatlaşdırılıb. Caspian European Club üzvləri üçün “Debet Safety” şirkəti kimi müəssisələrə təşkil etdiyimiz biznes-turlar sayəsində insanlar Azərbaycanda beynəlxalq tələblərə və standartlara uyğun məhsulların istehsal olunduğunu öyrənəcəklər”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İl ərzində ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-ın mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-ın, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.
TED + bölməsindən digər xəbərlər
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Samsung-un gəlirləri zirvəyə çatdı
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Nvidia Tətbiq Yeniləməsi
Galaxy AI yeni dil dəstəyi qazandı!
iPhone 17 Pro Max-ın soyutma sistemi onu dondurdu!
Google Gemini rekord qırdı!
DJI Neo 2 əl dronu təqdim edildi
2026-cı ilin ən çox gözlənilən texnoloji məhsulları!
Microsoft paylaşdı: Xbox satışları kəskin düşdü!
Samsung: Süni zəkaya yönəlmiş HBM4 yaddaşı yolda
Microsoft-un baş direktorundan maraqlı açıqlama
Nokia-nın bazar dəyəri pik həddə çatır
Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq
Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
Galaxy S25 Plus yandı!
Google Play-də böyük dəyişiklik
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Google bağlanmış nüvə stansiyasını yenidən işə salacaq
Həftənin ən çox oxunanları
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
Apple üçün şok! İtirilmiş dava!
Sony İlk 200MP Kamera Sensorunu Hazırlayır!
Xiaomi 17 Air gəlir!
Modulyar telefon HMD Fusion 2 yoldadır
iPhone 18 Elon Maskı sevindirəcək!
Windows 10 dəstəyinin bitməsi Mac satışlarını artırdı
Xbox imkansızı bacardı! Yaponiyada rekord səviyyədə artım!
Microsoft Copilot-a Yeni Süni Zəka Xarakteri: Mico
Apple M6 iPad Pro yeni soyutma sistemi ilə gəlir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




