Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb

Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb.
TED.az xəbər verir ki, elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər öz elektron kabinetlərinə daxil olub, payız mövsümü üçün əkin sahəsi, əkdikləri məhsul barədə məlumatı daxil etməlidirlər. Bu, fermerlərin 2020-ci ildən yeni qaydalarla alacaqları subsidiya üçün müraciət formasının əsas hissəsidir. Yeni subsidiya qaydaları elektron hökumət sistemi ilə əlaqəli olduğundan fermerlərin əkin bəyanlarında, daxil etdikləri məlumatlarda dürüstlük tələb olunur. Əkin bəyanlarının doğru doldurulması ilə bağlı Nazirlik təlimlər təşkil edib, məlumatlandırıcı çap materialları hazırlanaraq fermerlərə verilməsi üçün bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib – LİNK.
Maarifləndirici videoçarx mərkəzi telekanallarda və KTN-nin sosial media səhifələrində yayımlanıb – LİNK.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, gələn ildən etibarən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Fermerlərə subsidiyaların verilməsini, habelə Nazirliyin müxtəlif qurumlarının bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Qeyd edək ki, yeni qaydalarla veriləcək subsidiyaların əmsalları Aqrar Subsidiya Şurası tərəfindən elan edilib – LİNK. AKİA yeni əmsallarla veriləcək subsidiyanın hesablanması üçün elektron kalkulyator tətbiqi hazırlayaraq saytında yerləşdirib – LİNK.
e-Azərbaycan bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


Həftənin ən çox oxunanları
Google bu proqramı Apple Watch-dan silir!


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu

