AZ

TED.az kollektivi Dövlət Bayrağı gününü belə qeyd etdi – VİDEO

896a4c6e30b5a48506b645e38f8fa8ff.png
09.11.2019 00:01

Bu gün 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bu gün, rəsmi dövlət bayramı kimi Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla, artıq 10 ildir ki, qeyd olunur. Bayraq günümüzün tarixi isə daha əvvələ, 1918-ci ilə gedib çıxır. 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul edilib.

 

Hər zaman oxucularına rəqəmsallaşma, elektron Azərbaycan, İKT və texnologiya haqqında xəbər verən TED.az kolektivi bu dəfə standartdan kənara çıxaraq Dövlət Bayrağı günü ilə bağlı video rolik hazırlayıb. Belə ki, kollektiv ölməz şairimiz Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı “Azərbaycan bayrağına” şeirini səsləndirib.

 

Azərbaycan bayrağının rənglərinin, üzərindəki ay, ulduzun daşıdığı mənanı, dövlətçilik ənənəmizi, tarixi kökümüzü və milli kimliyimizi əks etdirən şeir dahi bəstəkarımız Üzeyr Hacıbəylinin “Koroğlu” operasının uvertürasının sədaları altında səsləndirilib.

 

Dövlət Bayrağı günümüz mübarək!

 

TED.az kollektivi

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox