AZ

Yeni Hyundai Venue krossoverinin satışına start verildi

5666b47c067e91cf7dd9bb4c367934d0.jpg
08.11.2019 20:00

Hyundai Venue kompakt krossoveri bu ilin yazında nümayiş etdirilib, lakin model artıq Amerika bazarında satışdadır.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, istehsalçılar burada altı təhlükəsizlik yastığı, bir sıra assistentlər, həmçinin təkmilləşdirilmiş multimedia kompleksi yerləşdiriblər. Yenilik, həmçinin krossoverə daha unikal görünüş verən cəlbedici kuzov rənginə malikdir. Avtomobil yeni LED optik, sükan isidicisi və dairəvi baxış kamerası ilə təchiz edilib.

 

Hyundai Venue krossoverinin kapotunun altında 123 at gücündə olan 1,6 litrlik benzin mühərriki quraşdırılıb. Komplektləşmədən asılı olmayaraq, yenilik yalnız ön sürücü ilə təklif olunur. Hal-hazırda Hyundai Venue krossover artıq Hindistan bazarında aktiv olaraq satılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox