Türkiyə nümayəndə heyəti ölkəmizin sosial müdafiə sahəsindəki innovativ təcrübəsi barədə məlumatlandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən TED.az-a verilən məlumata görə, nümayəndə heyətinə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Müdafiə Qurumunun sədri Mehmet Selim Bağlı, Pensiya Xidmətləri Baş İdarəsinin müdiri İsmail Yılmaz, Ümumi Tibbi Sığorta Baş İdarəsinin müdir müavini Emre Aydın və digərləri daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə şəffaf və operativ təşkili sahəsində əldə olunan innovativ təcrübələri diqqətə çatdırıb. Cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı mexanizminə keçildiyini və bu proaktiv xidmətin digər sosial təminat növləri üzrə də tətbiqinin genişlənməkdə olduğunu, artıq müavinətlər sahəsində yeni elektron təyinat təcrübələrinin də formalaşdığını bildirib.
Nazir müavini pensiya təminatı, əlillik, reabilitasiya sahələrində davam edən islahatları qeyd edib. Əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətlərində görülən kompleks tədbirlər, idarəçilik mexanizmlərinin optimallaşdırılması üçün aparılan işlər barədə məlumat verib. O, sosial cəhətdən həssas qruplar üçün inklüziv əmək bazarının inkişafı tədbirlərindən, özünüməşğulluq və digər aktiv məşğulluq layihələrindən bəhs edib. O, qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayıb.
M.S.Bağlı və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda dayanıqlı inkişaf proseslərinin, sosial sahədə mühüm addımların atılmasının, müasir iş təcrübələrinin formalaşdırılmasının şahidi olmaqdan məmnunluqlarını qeyd ediblər.
Qonaqlar DOST layihəsi, elektron xidmətlərin sosial sahədə geniş tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər tədbirlər barədə müsbət təəssüratlarını bölüşüblər.
Görüş zamanı hər iki ölkədə sosial sahədə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi və innovativ yanaşmalar üzərində qurulması istiqamətində aparılan islahatlar, aktiv sosial dəstək tədbirlərinin genişləndirilməsi məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin miqyasının daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da görüş keçirib, Fondun fəaliyyəti, buradakı müasir Qəbul Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

