AZ

Azərbaycan Dəmir Yolları işçilərinə seminar-məşğələ keçilib – müasir qurğu və texnologiyalardan istifadə qaydaları öyrədilib

23bebe186ae7552df1099d4fdf75511d.jpg
11.11.2019 10:00

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Keşlə” stansiyasında hərəkət xidməti işçilərinin iştirakı ilə növbəti seminar-məşğələ keçirilib.

 

TED.az xəbər verir ki, tədbir hərəkətin təhlükəsizliyinin təmin olunması, işçilərin peşəkarlıq imkanlarının artırılması və dəmir yolunda tətbiq olunan müasir qurğu və texnologiyalardan istifadə qaydalarının öyrədilməsinə həsr olunub.

 

Seminarda Keşlə, Bakı yük, Bakı-sərnişin, Nəriman Nərimanov, Böyükşor, Sabunçu, Suraxanı, Yeni Suraxanı, Hövsan, Qala, Dübəndi, Maştağa, Zabrat, Pirşağı stansiyalarının manevr dispetçerləri, stansiya və post növbətçiləri, qatar tərtibatçıları, eləcə də hərəkətlə sıx əlaqəli digər işçilər iştirak ediblər.

 

Qurumun İnfrastruktur departamentinin rəis müavini, hərəkət xidmətinin rəisi Elçin Məmmədov belə tədbirlərin müntəzəm təşkilinin əhəmiyyətindən danışıb.

 

Vurğulanıb ki, seminara qatılan hərəkətçilərin hər birinin bu sahədə kifayət qədər təcrübəsi var. Məqsəd son illərdə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, təcrübə mübadiləsi əsasında işə tətbiq olunmuş müasir qurğu və texnologiyalardan istifadə qaydalarını öyrənməkdir. Seminarda ilin əvvəlindən bu vaxtadək hərəkət xidmətinin fəaliyyətinə diqqət çəkilib.

 

Sonra hərəkətin idarə olunmasını əks etdirən video-kadrlar göstərilib. Mütəxəssislər hərəkətçiləri maraqlandıran sualları cavablandırıblar.

TED + bölməsindən digər xəbərlər

Daha çox