AZ

Ceyhun İmanovla Brend=Təcrübə – Startup Grind Baku-nun növbəti görüşünə sayılı günlər qaldı

9da4f1a4bf5f5d75ad037b0743ae43f4.jpg
11.11.2019 17:00

30 noyabr 2019-cu il tarixində “The Office” Mərkəzində “Brend=Təcrübə” adlı tədbir keçiriləcək. TED.az xəbər verir ki, “Startup Grind Baku”nun təşkilatçılığı ilə keçiriləcək tədbirin spikeri sahibkar, dizayn və brendinq eksperti Ceyhun İmanov olacaq.

 

“Fireside Chat” formatında reallaşacaq tədbirdə Ceyhun İmanov iştirakçılarla dizayn, brendinq, marketinq kimi fəaliyyət göstərdiyi bir çox sahədə öz təcrübəsini bölüşəcək.

 

Ceyhun İmanov dizayn və brendinqlə yanaşı, reklam, veb və qrafik dizayn sahələrində 1000-dən çox layihənin qurucusu olan “Jeyhun Imanov Studio - JIS”nin təsisçisidir.

 

Tədbirdə iştirak etmək üçün LİNK vasitəsi ilə bilet əldə etmək mümkündür.

 

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyidir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox