AZ

Onlayn ticarət platformaları ənənəvi şəkildə daşınmaları həyata keçirən dövlət şirkətlərimizdən daha böyük həcmə malikdir – Nazirdən AÇIQLAMA

bdae9c73264899fce59cad97c5241875.jpg
11.11.2019 18:00

“Ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm əməkdaşlığımızın əsas maraq dairələridir”.

 

TED.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

 

E.Məmmədyarov vurğulayıb ki, İƏT bölgəsində böyük potensiala malik digər sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir: “Ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsi layihəsində Qazaxıstan və Türkmənistan ilə əməkdaşlıq edirik. Bununla, BMT-nin rəqəmsal fərqin aradan qaldırılmasına yönələn təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək”.

 

XİN rəhbəri qeyd edib ki, bögədə elektron ticarət mərkəzi konsepsiyasına səbəb ola biləcək layihələr hazırlanmalıdır: “İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Müasir dünyada birinin konteyner və ya vaqon göndərməsini gözləmirsiz; kreativ düşünməliyik və ticarəti artıran ən yaxşı mövcud texnologiyalara və ya tətbiqlərə qoşulmalıyıq. Bu gün onlayn ticarət platformaları, faktiki olaraq, ənənəvi şəkildə daşınmaları həyata keçirən dövlət şirkətlərimizdən daha çox ticarət həcminə malikdir”.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox