Onlayn ticarət platformaları ənənəvi şəkildə daşınmaları həyata keçirən dövlət şirkətlərimizdən daha böyük həcmə malikdir – Nazirdən AÇIQLAMA
“Ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm əməkdaşlığımızın əsas maraq dairələridir”.
TED.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
E.Məmmədyarov vurğulayıb ki, İƏT bölgəsində böyük potensiala malik digər sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir: “Ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsi layihəsində Qazaxıstan və Türkmənistan ilə əməkdaşlıq edirik. Bununla, BMT-nin rəqəmsal fərqin aradan qaldırılmasına yönələn təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək”.
XİN rəhbəri qeyd edib ki, bögədə elektron ticarət mərkəzi konsepsiyasına səbəb ola biləcək layihələr hazırlanmalıdır: “İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Müasir dünyada birinin konteyner və ya vaqon göndərməsini gözləmirsiz; kreativ düşünməliyik və ticarəti artıran ən yaxşı mövcud texnologiyalara və ya tətbiqlərə qoşulmalıyıq. Bu gün onlayn ticarət platformaları, faktiki olaraq, ənənəvi şəkildə daşınmaları həyata keçirən dövlət şirkətlərimizdən daha çox ticarət həcminə malikdir”.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










