AZ

E-ticarətin yaranışı. İnternet üzərindən satılan ilk əşya nə olub? – Shopify-dən ÖYRƏNƏK

0b461d718a1259e1fbc34d5b6e703c72.jpeg
11.11.2019 20:00

Uzun müddətdir internetdən istifadə edirik. Hətta bəzi əşyaları yalnız internetdən satın alırıq. Bəs sizcə, internetdə satılan ilk şey nədir?

 

Shopify tərəfindən hazırlanan yeni bir video, onlayn alış-veriş tarixindən bəhs edib. Bildirilir ki, onlayn alış-veriş tarixi internetin əcdadı olan ARPANET-dən başlayıb. Stanford və MIT-lərdən olan kompüter elmləri tələbələri 1971-ci ildə öz aralarında narkotik mübadiləsi üçün bir sistem hazırlayıblar.

 

Ancaq burada onlayn ödəmə edilməyib. Bu şəbəkə yalnız görüş yerini müəyyənləşdirmək üçün istifadə edilmişdi.

 

Ancaq elektron ticarət bildiyimiz kimi, həqiqətən də, 1994-cü ilə qədər reallaşmayıb. Pizza Hut çox vaxt ilk elektron ticarət prosesində özlərinin ilk olduqlarını söyləsə də, reallıq bir az fərqlidir (Pizza Hut 1994-cü ilin avqust ayının sonunda pizzanın online satışına başlayıb).

 

Nyu-Hempşirdə yaşayan 21 yaşlı Dan Kohn ilk onlayn ticarətini NetMarket veb-saytı ilə həyata keçirib. 11 Avqust 1994-cü ildə o, Stinqin "Ten Summoner Tales" albomunu NetMarket vasitəsilə Filadelfiyadakı dostuna satıb. Dan Kohnun dostu veb-saytı vasitəsilə kredit kartı ödəməsi edib.

 

Daha sonra Dar Kohn müştərilərlə təhlükəsiz əməliyyatlar aparmaq üçün yalnız Unix-də işləyən xüsusi bir brauzer yükləməsini edib. NetMarket-in istifadə etdiyi PGP şifrələmə standartının yaradıcısı Filip Zimmermann Times qəzetinə açıqlamasında texnologiyanın rəqəmsal valyutalar üçün vacib bir addım olduğunu söyləyib.

 

Hər kəs Net Marketin dönüş nöqtəsi olduğuna razı deyil. 1994-cü ildə "İnternet Ticarət Şəbəkəsi" kompüter hissələrini onlayn olaraq satmağa başlayıb.

 

CDconnection.com saytı da 1990-cı ildən bəri CD-ləri satdığını iddia edir. İyirmi il əvvəl bir CD satışı ilə başlayan e-ticarət, bu gün böyük bir əməliyyat həcminə sahibdir və gündən-günə böyüməyə davam edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox