AZ

Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verildi

5dff5cadbce1caa453ee8b7659db4ea1.jpg
12.11.2019 13:26

“Azercell Telekom” şirkəti pilot layihə olaraq 5G şəbəkəsini Bakının mərkəzində istifadəyə verib.

 

Şirkətdən TED.az-a verilən məlumata görə, şəbəkə ilk olaraq Fəvvarələr meydanını əhatə edəcək.

 

Pulsuz 5G sim kart əldə etmək və 5G dəstəkləyən smartfon əldə etmək üçün Fəvvarələr Meydanında yerləşən Azərcell mağazasına müraciət etmək lazımdır. 

 

Qeyd edək ki, 5G bizə alışdığımız cəldlikdən daha sürətli internet yaşadacaq. Dəqiqələrlə yükləmə vaxtına gözlədiyimiz işlər, bir neçə saniyədə mümkün olacaq.

 

Canlı yayımlar və internet zənglərində alışdığımız qırılmaları tamamilə unudacağıq. 5G bizə internetlə reallıq arasındakı fərqi hiss etdirməyəcək.

 

On minlərin iştirak etdiyi tədbirlərdə kəsintisiz və super sürətli interneti təcrübə edə biləcəyik.

 

5G bizim gələcəklə bağlı planlarımızı tamamilə dəyişəcək. Alışdığımız şəxsi nəqliyyat növləri, evlərimiz, ofislərimizlə bağlı tələblərimiz dəyişəcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox