AZ

Yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması dinamik artıma müsbət təsir göstərir – AÇIQLAMA

5df12399f802acd7c3f892d207959685.jpg
13.11.2019 10:39

“Respublikamızda son illər innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi və kadr islahatları, yeni iri sənaye və aqrar müəssisələrinin fəaliyyətə başlaması və digər tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir”.

 

TED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, gələn ilin büdcəsində əsas kapitala yönələn investisiyalar 18,3 milyard manata çatdırılacaq, bu da əvvəlki illərdən xeyli çoxdur: “2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq ki, bu da inkişaf etmiş bir çox dünya ölkələrinin arzu etdiyi səviyyədir. Bu da onu sübut edir ki, 2020-ci ilin büdcəsi investisiya və sosial tutumlu büdcədir”.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox