AZ

Xiaomi növbəti ağıllı qaceti təqdim etdi - qiyməti 4 dollardır

e7146cf721df7cc808e898b7d4fea0a1.jpg
13.11.2019 13:30

Kollektiv maliyyələşmə meydançasında təqdim edilən yeni qacet növbəti termometr-hiqrometr olub.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Mi Home Bluetooth Hygrothermograph 2 adlı yeni cihaz 4 dollar dəyərindədir, üç qurğudan ibarət dəst isə 7 dollar qiymətləndirilib.

 

Yeni qacet kvadrat ekran və CR2032 tipli batareyalardan istifadə əldə edib. Sensor ağıllı ev sistemi ilə işləyir və verilmiş tapşırıqlara uyğun olaraq kondisioneri, hava nəmləndiricisini və ya qızdırıcını işə sala bilir.

 

Mi Home Bluetooth Hygrothermograph 2-in bütün tənzimlənmələri smartfondan idarə edilə bilər, həmçinin cihaza rütubətin və ya aşağı temperaturun kritik düşmə səviyyəsi haqqında bildiriş gələcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox