AZ

Bakı Mühəndislik Universitetinin komandası proqramlaşdırma müsabiqəsinin regional mərhələsində 1-ci oldu

e3fa2d5c4ba4464628a099fc9d4f5824.jpg
13.11.2019 11:15

Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib.

 

BMU-dan TED.az-a verilən məlumata görə, müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb.

 

Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://opentrains.mipt.ru/~ejudge/showres.cgi?data=res625 saytında avtomatik sistemlə aparılıb.

 

Müsabiqənin nəticələrinə görə, BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüblər.

 

Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 29 noyabr-1 dekabr 2019-cu il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmə hüququ əldə ediblər.

Elm bölməsindən digər xəbərlər

Daha çox