AZ

Feysbuk özünəməxsus onlayn ödəmə sistemini təqdim etdi

47b4b37b8be3e8e3d7ce29824add800d.jpg
13.11.2019 11:22

Mark Zukerberq Feysbuk və İnstaqramda, habelə Messenger və WhatsApp-da ödəniş etməyə imkan verən "Facebook Pay" onlayn ödəmə sistemini təqdim edib.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

 

"Artıq insanlar alış-veriş etmək və bir-birilərinə pul göndərmək üçün tətbiqimiz vasitəsilə onlayn ödəniş edə biləcəklər", - deyə şirkətdən bildirilib.

 

“Facebook Pay” ən böyük kredit və debet kartlarını, o cümlədən “PayPal”ı da dəstəkləyir. Onlayn ödəniş sistemi bir həftə ərzində ABŞ-ın Feysbuk və Messenger istifadəçiləri üçün mümkün olacaq. İnstaqram və WhatsApp platformaların bu sistemə daha sonra cəlb edilməsi planlaşdırılır.

 

 

Şirkətdən qeyd edirlər ki, yeni xidmət mövcud maliyyə infrastrukturu və tərəfdaşlıq əsasında qurulub və “Libra” kriptovalyutası ilə əlaqəli deyil.

 

Xatırladaq ki, iyun ayında Feysbuk “Libra” adlı rəqəmsal valyutanı təqdim edib. O, 2020-ci ildə istifadəyə veriləcək və milyardlarla platforma istifadəçisinə internetdə maliyyə əməliyyatları etməyə imkan verəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox