AZ

Himalay Məmişov: Bu il 15 min şəxsə e-qaydada pensiya təyin olunub

d6ca3ad73840c263343fc3f60aff9a75.jpg
13.11.2019 11:33

"Dövlət başçısının tapşırığına əsasən bu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80%-nin sənədləşmə işi e-pensiya sistemi üzərindən aparılıb və bu ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub".

 

TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

 

H.Məmişov bildirib ki, 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlanılıb: "Uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb. Növbəti addım kimi daha iki sosial təminat növü – sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb".

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox