AZ

Çin 6G texnologiyasının təməllərini atır

f6ae179d3ac2a2ae0e26fd661d3efef0.jpg
13.11.2019 12:00

Dünyada hələ 5G texnologiyasının müzakirə mövzusu olduğu bir vaxtda Çin 6G texnologiyasının təməllərini atmağa başlayıb. Çin Elm və Texnologiya Nazirliyi altıncı nəsil mobil rabitə texnologiyası üçün araşdırma və tədris qruplarının yaradıldığını açıqlayıb.

 

TED.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Pekində müxtəlif universitet, qurum və şirkətləri təmsil edən 37 şəxsdən təşkil olunacaq qruplar, eyni zamanda 6G texnologiyası haqqında veriləcək qərarlarda da hökumətə müşavirlik edəcək.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin arasında iqtisadi müharibəyə səbəb olan “Huawei” məsələsinin 6G texnologiyası ilə birgə daha da böyüyəcəyi proqnozlaşdırılır.

 

Çinin texnologiya nəhəngi “Huawei” dünyanın ən büyük telefon istehsalçısıdır. Şirkət, eyni zamanda, bir çox ölkəyə 5G baza stansiyası ixrac edir. Bu səbədən dolayı ABŞ “Huawei”nin təhlükəsizliyə risk yaratdığını irəli sürür. Bunun sayəsində şirkətin əldə etdiyi məlumatları Çin hökümətinə ötürə biləcəyi vurğulanır. Şirkət isə öz növbəsində bu iddiaları rədd edir.

 

6G-də internet sürətinin nə qədər olacağı hələlik məlum deyil.

 

Dünyanın yeni-yeni addım atdığı 5G texnologiyasını sürətinə görə başgicəlləndirici adlandırmaq olar. 4G ilə müqayisədə 10 qat daha sürətlidir. Ona görə də 6G-nin də 5G-dən ən azı 10 dəfə daha sürətli olacağı təxmin edilir.

 

Ancaq sürət məsələsində dəqiq nəsə demək çox tezdir. Bunun ilk səbəbi 5G texnologiyasının pionerlərindən olan Cənubi Koreyada keçən ilin aprelindən bəri istifadə edilməsidir. Çin isə 2020-ci ilin əvvəlində 5G-yə sahib 130 min baza stansiyasını aktivləşdirəcək.

 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə dünən “Azercell Telekom” şirkəti tərəfindən pilot layihə olaraq 5G şəbəkəsi Bakının mərkəzində istifadəyə verilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox