AZ

Subaru Levorg idman universalını göstərdi

96ecf01c62160811a81d682e342c99e9.jpg
13.11.2019 14:00

Yaponiyanın Subaru şirkəti qabaqcıl seçimlər əldə etmiş yeni Levorg idman universalını buraxıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin kapotunun altında turbinlə və gücü 300 at gücü olan 2 litrlik mühərriki yerləşdiriblər. Xarici fərqlərdən 18 düymlük tünd rəngli təkər disklər, güzgülü qapaqlar və digər kiçik fərdi elementləri göstərmək lazımdır. Bundan əlavə, salon daha bahalı bəzəkli təkmilləşdirilmiş kresloları ilə sevindirə bilər.

 

Subaru Levorg-ın idman modifikasiyası ilkin olaraq yerli bazara 3,15 milyon yen qiyməti ilə çıxarılacaq. İstehsalçı 2020-ci ildə satışa başlamaq niyyətindədir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox