AZ

Caspian Ecology-də alternativ enerji texnologiyaları nümayiş olunur

358ad5ec66cdd72e1d4dc366d8da3cc5.jpg
13.11.2019 12:49

Bu gün "Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb.

 

TED.az xəbər verir ki, sərgi “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir.

 

Azərbaycan da daxil olmaqla sərgidə 10 ölkədən 60 şirkət iştirak edir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib.

 

Sərgidə alternativ enerji texnologiyaları, ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox